Home » Azerconnect Group AI-RAN Alyansına qoşulub

Azerconnect Group AI-RAN Alyansına qoşulub

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanın aparıcı İKT şirkəti Azerconnect Group MDB regionunda ilk dəfə süni intellekt əsaslı yeni nəsil radio şəbəkələrinin inkişafını hədəfləyən AI-RAN Alyansına üzv olub.

NVIDIA, Nokia, Samsung və digər qlobal texnologiya şirkətlərinin təmsil olunduğu alyans mobil şəbəkə infrastrukturunun süni intellekt texnologiyaları vasitəsilə təkmilləşdirilməsi, daha ağıllı, çevik və səmərəli şəbəkə arxitekturalarının formalaşdırılması istiqamətində fəaliyyət göstərir.

Alyansa qoşulmaqla Azerconnect Group süni intellekt əsaslı mobil şəbəkə texnologiyaları üzrə qabaqcıl həllərə çıxış imkanlarını genişləndirəcək. Bu çərçivədə NVIDIA-nın GPU əsaslı radio emalı texnologiyaları və süni intellekt dəstəkli RAN alqoritmlərinin tətbiqi şəbəkə dayanıqlılığının artırılmasına, spektr resurslarından daha səmərəli istifadəyə və əməliyyat proseslərinin optimallaşdırılmasına şərait yaradacaq.

Bundan əlavə, GPU əsaslı radio şəbəkələrində müxtəlif süni intellekt tətbiqlərinin istifadəsi mümkün olacaq. Ağıllı enerji optimallaşdırma həllərinin tətbiqi isə şəbəkə əməliyyatlarında səmərəliliyin artırılmasına və dayanıqlılıq məqsədlərinin dəstəklənməsinə xidmət edəcək.

Şirkətdən bildirilib ki, AI-RAN Alyansına üzvlük Azerconnect Group-un 6G texnologiyalarına hazırlıq strategiyasında mühüm mərhələ hesab olunur.

Qeyd olunub ki, üzvlük yerli İKT mütəxəssislərinin beynəlxalq innovativ texnologiyalara çıxış imkanlarını da genişləndirəcək. Alyans çərçivəsində şirkətin əməkdaşları beynəlxalq ekspertlərdən ibarət işçi qruplarında iştirak edəcək, texniki sessiyalar və təcrübə mübadiləsi proqramlarına qoşulacaqlar.

AI-RAN Alyansı haqqında

2024-cü ildə yaradılan AI-RAN Alyansı telekommunikasiya sənayesində Radio Giriş Şəbəkələrinə (RAN) süni intellekt texnologiyalarının inteqrasiyasını sürətləndirmək məqsədi daşıyan qlobal əməkdaşlıq platformasıdır. Alyans innovasiyaların təşviqi, qabaqcıl təcrübələrin formalaşdırılması və şəbəkələrin məhsuldarlığını, əməliyyat səmərəliliyini və çevikliyini artıran yeni nəsil həllərin inkişafını dəstəkləyir.

Azerconnect Group haqqında

Azerconnect Group informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər qrupudur. Qurum mobil rabitə, internet xidmətləri, beynəlxalq telekommunikasiya kanalları, eləcə də FinTech, AdTech və Media/TV istiqamətləri üzrə rəqəmsal xidmətlər təqdim edir. Şirkət müxtəlif ölkələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.