Home » Vüsal Qurbanov: “Yaşayış evlərinin sığortalanmasına nəzarətlə bağlı yeni mexanizmlər təklif olunur”

Vüsal Qurbanov: “Yaşayış evlərinin sığortalanmasına nəzarətlə bağlı yeni mexanizmlər təklif olunur”

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda yaşayış evlərinin sığortalanmasına nəzarətlə bağlı yeni mexanizmlərin tətbiq edilməsi təklif olunur.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən “Əmlak Sığortası və Risklərin Qorunması: Evlərin və Bizneslərin Təhlükəsizliyinin Təmin Edilməsi” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, icbari sığortada əsas məsələlərdən biri sığortalanmaya nəzarət mexanizmidir: “İcbari sığorta prinsipi tətbiq olunursa, bu o deməkdir ki, qanunvericiliyin icrasına da effektiv nəzarət edilməlidir. Hazırda qeyri-yaşayış sahələrinin icbari sığortasına nəzarəti Fövqəladə Hallar Nazirliyi, yaşayış sahələri üzrə isə yerli icra hakimiyyəti orqanları həyata keçirir. Hüquqi şəxslərə məxsus qeyri-yaşayış obyektlərində nəzarət mexanizmi daha effektiv işlədiyi üçün həmin sahədə sığortalanma səviyyəsi də daha yüksəkdir.

Yaşayış sahələri üzrə isə mövcud mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var. Bununla bağlı hökumətə müəyyən təkliflər təqdim etmişik. Təkliflərdən biri vətəndaşların istifadə etdiyi dövlət və digər xidmətlər vasitəsilə sığortaya təşviq və cəlbetmə mexanizmlərinin yaradılmasıdır. Sığortalanmanın əhatə dairəsi genişlənməlidir ki, həm vətəndaşlar, həm də dövlət təbii fəlakətlər və digər risklər nəticəsində yaranan zərərlərdən daha etibarlı şəkildə qorunsun”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.