Home » Azərbaycanda nağd xarici valyutanın alışı satışını 482 milyon dollar üstələyib

Azərbaycanda nağd xarici valyutanın alışı satışını 482 milyon dollar üstələyib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda nağd xarici valyutanın alışı satışını 482 milyon ABŞ dolları üstələyib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata görə, valyuta bazarında təklifin tələbi üstələməsi həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunub.

Bununla yanaşı, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ay ərzində 3,8 faiz bəndi azalaraq may ayında 25,6%-ə enib.

Valyuta bazarında tələbin kəskin azalması və təklifin əhəmiyyətli dərəcədə artması şəraitində Mərkəzi Bank alışyönlü müdaxilələr həyata keçirib.

Nəticədə, cari ilin ötən dövründə AMB-nin valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları və ya 19,5% artaraq 13,8 milyard ABŞ dollarına çatıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.