Home » Dövlət Vergi Xidməti 7 ayda büdcəyə 11,5 milyard manata yaxın vəsait köçürüb

Dövlət Vergi Xidməti 7 ayda büdcəyə 11,5 milyard manata yaxın vəsait köçürüb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 11 milyard 474,1 milyon manat vergi daxil olub.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, hesabat dövründə büdcəyə daxil olan vergi vəsaitləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 %, proqnozla müqayisədə isə 8 % çox olub.

Yeddi ay ərzində vergi daxilolmalarının 8 milyard 488,8 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 %, proqnozla müqayisədə isə 3,1 % artım deməkdir.

Qeyd edək ki, 2026-cı il üzrə Dövlət Vergi Xidmətinin dövlət büdcəsinə köçürməli olduğu vəsaitin həcmi 16,91 milyard manat nəzərdə tutulub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.