Home » Azərbaycan Mərkəzi Bankı ilə İtaliya Milli Mikrokredit Agentliyi arasında Memorandum imzalanmışdır

Azərbaycan Mərkəzi Bankı ilə İtaliya Milli Mikrokredit Agentliyi arasında Memorandum imzalanmışdır

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan və İtaliya şirkətlərinin iştirakı ilə Biznes Forum təşkil edilmişdir.

Biznes Forum zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İtaliya Respublikasının Milli Mikrokredit Agentliyi arasında əməkdaşlığa dair Mərkəzi Bankın sədri Elman Rüstəmov və İtaliya Respublikasının Milli Mikrokredit Agentliyinin prezidenti Mario Baççini Anlaşma Memorandumu imzalamışlar. Memorandumun məqsədi Azərbaycan Respublikasında mikrokredit və mikromaliyyə alətlərinin yaradılması, inkişafı təcrübəsinin mübadiləsi sahəsində tərəflər arasında əməkdaşlığı təşviq etməkdən ibarətdir.

İmzalanmış Memoranduma əsasən iki təşkilat arasında mikrokredit alətlərinin təşviq edilməsi, hüquqi və tənzimləyici çərçivənin inkişafı, monitorinqi və qiymətləndirilmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda bu əməkdaşlıq mikromaliyyə xidmətləri sahəsinin inkişafı və mikromaliyyələşmə fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə bu sahədə xarici tərəfdaş təşkilatlar ilə təcrübə mübadiləsi imkanlarının artırılmasında mühüm rol oynayacaqdır.

Nəzərdə tutulan əməkdaşlıq ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadiyyatın inkişafında maliyyə sektorunun rolunun artırılması üzrə irəli sürdüyü vəzifələrin uğurla reallaşmasına, xüsusilə kiçik və orta sahibkarlığın maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılmasında kredit institutlarının rolunun yüksəldilməsinə də töhfə verəcəkdir.

Qeyd edək ki, İtaliya Respublikasının Milli Mikrokredit Agentliyi Avropa Birliyi tərəfindən təşviq edilən və maliyyələşdirilən mikro-maliyyə alətlərinin təşviqi, tənzimlənməsi, qiymətləndirilməsi və monitorinqini həyata keçirən milli agentlikdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.