Home » “Nissan Motors” maliyyə dəstəyi axtarışındadır

“Nissan Motors” maliyyə dəstəyi axtarışındadır

by bbnadm
0 comments 0 views 0 minutes read

Yaponiya mərkəzli beynəlxalq avtomobil istehsalçısı “Nissan” Yaponiya banklarından 500 milyard yen (4.6 milyard dollar) həcmində maliyyə vəsaiti cəlb etmək istəyir. Bu addımın əsas səbəbi kimi isə, koronavirus pandemiyası səbəbindən avtomobil satışlarında müşahidə edilən səngimələr və bu səngimələr səbəbindən likvidlik ehtiyatlarında yaranan problemlər göstərilib. Son olaraq şirkət 2019-cu ilin dekabr ayında 1.4 trilyon yen məbləğində likvidlik ehtiyatları qaldığını açıqlamışdı.

“Nikkei” xəbər agentliyinə verilən məlumata görə, bu barədə şirkətin dünən keçirilən idarə heyəti görüşündə qərar verilib və ilkin olaraq “Mizuho Bank”a müraciət edilib.

Qeyd edək ki, “Nissan” şirkətinin hal-hazırda Avropa və Şimali Amerikada yerləşən bütün zavodlarında istehsal dayandırılıb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.