Home » KOBİA beşinci “Brand Award Azerbaijan” milli mükafatının rəsmi tərəfdaşıdır

KOBİA beşinci “Brand Award Azerbaijan” milli mükafatının rəsmi tərəfdaşıdır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Caspian Energy Club”un təşkil etdiyi beşinci “Brand Award Azerbaijan” milli mükafatının rəsmi tərəfdaşı qismində çıxış edəcək. 

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, “Brand Award Azerbaijan” müsabiqəsinin əsas məqsədi yerli brendlərin tanınmasına, kiçik və orta biznesə bu istiqamətdə dəstək verməkdir. Telman Əliyev: “KOBİA və “Caspian Energy Club” arasında uzunmüddətli, səmərəli əməkdaşlıq mövcuddur. Agentlik hər zaman biznes-hökumət dialoqunun inkişafı istiqamətində aktiv iştirak edib, bu sahədə uğurlu addımlar atmaqdadır. KOBİA-nın “Brand Award Azerbaijan” milli mükafatını rəsmi tərəfdaş qismində dəstəkləməsi bunun daha bir əyani nümunəsidir” – deyə vurğulayıb.

Qeyd edək ki, “Brand Award Azerbaijan” milli müsabiqəsində Azərbaycanın yerli korporativ, xidməti və məhsul brendləri arasında 2021-ci ilin ən tanınan 50 brendi seçilərək mükafatlandırılacaq. Səsvermə 26 aprel – 23 may tarixində “www.brandaward.az” saytında keçiriləcək. Mükafatın təqdimetmə mərasimi isə onlayn formatda 1 iyun tarixində baş tutacaqdır. “Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brend, həmçinin, Xəzər-Qara dəniz regionundakı ölkələrdə keçirilən “Brand Award” müsabiqələrində qalib olan həmin ölkələrin milli brendləri ilin sonunda yekun “Brand Award International” müsabiqəsində birbaşa iştirak etmək imkanı əldə edəcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.