Home » ABA, AMB, MMX və DVX nümayəndələri arasında görüş keçirilmişdir

ABA, AMB, MMX və DVX nümayəndələri arasında görüş keçirilmişdir

by Aytac
0 comments 0 views 1 minutes read

24 fevral 2025 – ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (MMX) və Dövlət Vergi Xidmətinin (DVX) rəhbər  nümayəndələrinin iştirakı ilə Fatca/CRS tələbləri ilə əlaqədar görüş keçirilmişdir. Görüşdə həmçinin ABA-nın nəzdində fəaliyyət göstərən “Komplayens üzrə Ekspert Qrupu”nun üzvləri də iştirak etmişdir.

Görüş zamanı ABA Komplayens Expert qrupunun rəhbəri Anar Kərimov Fatca/CRS tələbləri ilə əlaqədar bir sıra çətinliklərin yaşandığını qeyd etmiş, bu çətinliklərin aradan qalxması üçün optimallaşdırıcı həllərin əldə edilməsi yönündə təkliflər vermişdir.

Sonda bu istiqamətdə qarşılıqlı müzakirələrin davam etdirilməsi qərara alınmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.  Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.