Home » ABA Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın növbəti iclasında iştirak etmişdir

ABA Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın növbəti iclasında iştirak etmişdir

by ulviyya
0 rəy 5 baxış 1 dəqiqə oxuma

03 may 2024-cü il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun növbəti iclası keçirilmişdir.

Videokonfrans formatında baş tutan iclasda Azərbaycan Banklar Assosiasiyası (ABA) da daxil olmaqla, İşçi Qrupa üzv olan dövlət qurumları, eləcə də özəl sektorun nümayəndələri və qonaq qismində dəvət olunan şəxslər iştirak etmişdir.

İclasda İşçi Qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi” üzrə görülən işlərin son vəziyyəti ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonda konfrans iştirakçıları müzakirə olunan məsələlərlə bağlı öz rəy və təkliflərini səsləndirmişlər.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.