Home » ABA ekspertinin “ASAN Radio”nun “Həyat sığorta ilə rahat” verilişində müsahibəsi yayımlanıb

ABA ekspertinin “ASAN Radio”nun “Həyat sığorta ilə rahat” verilişində müsahibəsi yayımlanıb

by ulviyya
0 rəy 15 baxış 1 dəqiqə oxuma

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “İstehlak kreditlərinin sığortalanması ilə əlaqədar İşçi Qrupu”nun sədri Eldar Xubanlı “Kredit götürənlərin həyat sığortası: banklarda proses necə tənzimlənəcək?” mövzusunda “ASAN Radio”da yayımlanan “Həyat sığorta ilə rahat” verilişinə müsahibə verib.

Sədr kredit götürənlərin həyat sığortası ilə əldə edəcəkləri üstünlüklər və bu proseslərin bank sektoruna verəcəyi töhfəsi ətrafında bəhs edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin yeni qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər təsdiq edilib.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.