Home » ABA-nın əməkdaşı Beynəlxalq Maliyyə Korporasiyasının “ESG ToT” təlimində iştirak edib – Foto

ABA-nın əməkdaşı Beynəlxalq Maliyyə Korporasiyasının “ESG ToT” təlimində iştirak edib – Foto

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

22-24 may 2024-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində İsveçrə höküməti tərəfindən dəstəklənən Beynəlxalq Maliyyə Korporasiyasının (International Finance Corporation – IFC) ESG (Ətraf mühit, sosial və idarəetmə) Standartları Proqramı çərçivəsində Avropa və Mərkəzi Asiya (regional) üçün nəzərdə tutulan Direktorlar Şurası üçün ESG və Dayanıqlılıq təlimçilər üzrə təlim (ESG ToT) proqramı keçirilmişdir.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) aparıcı iqtisadçısı Vüsal Həsənov da adıçəkilən təlimdə iştirak edib və üç gün davam edən proqramı uğurla başa vurduğuna görə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən sertifikata layiq görülüb.

Əlavə edək ki, proqramın məqsədi şirkətlərin Direktorlar Şurası səviyyəsində son illərdə vacib rol oynayan ESG-yə əhəmiyyətin daha da artırılması, müvafiq risk və imkanları müəyyən etməklə, şirkətlərin maliyyə göstəricilərini dayanıqlılıq təcrübələri ilə uyğunlaşdıran strategiyalar hazırlamağa təşviq etməkdən ibarət olub.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.