Home » ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir.

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir.

by yunus
0 comments 6 views 1 minutes read

03 mart 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun görüşü keçirilmişdir.

Görüşdə qlobal miqyasda müştərilərinə GRC və İT xidmətlərinin idarə olunması sahəsində məsləhət və texnoloji həllər təqdim edən TACAS Consulting Limited şirkətinin nümayəndələri iştirak etmişdir. Tədbir çərçivəsində TACAS Consulting Limited şirkətinin nümayəndələri tərəfindən banklarda daxili audit, daxili nəzarət, risk və komplayens funksiyalarının vahid GRC platformasında inteqrasiyası, süni intellekt əsaslı qərarvermə sistemləri, bank ekosistemi üzrə əməkdaşlıq modelləri, həmçinin bu sahədə mövcud beynəlxalq təcrübələrə dair təqdimat keçirilmişdir. Eyni zamanda, strateji süni intellekt idarəetməsi, risk və komplayens (AI-GRC) sahəsində beynəlxalq sertifikasiya proqramı haqqında iştirakçılara ətraflı məlumat verilmişdir.

Görüş çərçivəsində müzakirə olunan mövzular ətrafında fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.