Home » ABA-nın eksperti Ədliyyə Nazirliyi və KOBİA-nın biznes assosiasiyaları ilə görüşündə iştirak edib

ABA-nın eksperti Ədliyyə Nazirliyi və KOBİA-nın biznes assosiasiyaları ilə görüşündə iştirak edib

by yunus
0 comments 3 views 1 minutes read

Noyabrın 3-də Ədliyyə Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarların və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) Hüquqi məsələlər üzrə ekspert qrupunun sədri Qorxmaz Ağayev iştirak edib.

Tədbirin məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, biznes subyektlərinin fəaliyyətinə dəstəyin artırılması və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına töhfə vermək olub.

Tədbir “Ədliyyə sahəsində həyata keçirilən institusional və qanunvericilik yeniliklərinin sahibkarlığın inkişafına təsiri, eləcə də hüququn aliliyinin qorunması və ölkənin davamlı inkişafındakı rolu” mövzusuna həsr olunub. Görüşdə 20-yə yaxın biznes assosiasiyanın və sahibkarların nümayəndələri iştirak ediblər.

Tədbir zamanı sahibkarların və assosiasiya nümayəndələrinin fikir və təklifləri dinlənilib, dövlət-özəl tərəfdaşlığının əhəmiyyəti vurğulanıb, əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.