24 dekabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə onlayn iclası keçirilmişdir.
İclas gündəliyində duran məsələlər sırasında Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyasının “Bank sektoru üzrə təklifi genişləndirən tədbirlərin həyata keçirilməsi” tədbiri istiqamətində yaradılmış işçi qrupu tərəfindən görülməli olan tədbirlər üzrə qeyd edilən mövzular, həmçinin “Sosial – iqtisadi inkişafın maliyyələşməsi” layihəsi ilə əlaqədar bəzi məsələlərin müzakirəsinin aparılması olmuşdur.
Bundan əlavə, iclasda ABA-nın nəzdində fəaliyyət göstərən “Ekoloji, Sosial və İdarəetmə (ESİ) və Dayanıqlı Bankçılıq üzrə” Espert Qrununa yeni sədr təyin edilmişdir.
İclas zamanı, həmçinin gündəlikdə yer alan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.