Home » “Partner Finance” BFB-də 1 milyon manatlıq istiqraz yerləşdirəcək

“Partner Finance” BFB-də 1 milyon manatlıq istiqraz yerləşdirəcək

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda lizinq fəaliyyəti göstərən “Partner Finance” QSC “Bakı Fond Birjası”nda (BFB) 1 milyon manat həcmində istiqraz emissiyasına hazırlaşır.

Yerləşdirilməsi planlaşdırılan istiqrazların hər birinin nominal dəyəri 1 000 manat olmaqla, ümumilikdə 1 000 ədəd faizli, adlı, təminatsız və sənədsiz qiymətli kağız emissiya ediləcək.

İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə satılacaq, tədavül müddəti 24 ay, illik gəlirlilik faizi isə 12 % təşkil edəcək. Emissiyanın anderrayteri “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

Qeyd edək ki, “Partner Finance” QSC 2020-ci ildə yaradılıb və nizamnamə kapitalı 152 min manatdır. Şirkətin səhmdarları Anar Nuriyev, Şamama Qurbanova və Nərmin İsmayılzadə (hər biri 32,89 % pay), həmçinin 1,33 % payla Nübuvvət Rzayevdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.