Home » ABŞ iqtisadiyyatı kiçilməkdədir: Yeni ÜDM hesabatı açıqlandı

ABŞ iqtisadiyyatı kiçilməkdədir: Yeni ÜDM hesabatı açıqlandı

by bbnadm
0 rəy 23 baxış 1 dəqiqə oxuma

Dünyanın ən böyük iqtisadi gücünə malik olan ABŞ-da (hər il Ümumi Daxili Məhsul – ÜDM göstəriciləri 24,85 trilyon dollar olur-red.) yeni hesabat iqtisadiyyatın kiçilməsini göstərib.

BBN.az npr.org-a istinadən xəbər verir ki, 2022-ci ilin iyulun əvvəlində başa çatan ikinci rübündə, yəni son 3 ayda ABŞ iqtisadiyyatı 0.9% kiçilib.

Belə bir göstəricilər isə artıq ABŞ-da iqtisadi tənəzzülün başlaması qorxularını yaradıb, amma bununla belə ölkədəki iqtisadçıların böyük əksəriyyəti bu fikirdədir ki, bu rəsmi olaraq ölkənin iqtisadi tənəzzülə getməsi demək deyil. Buna bir çox səbəblər daxildir, məsələn, əhalinin gəlirliliyinin olması, işsizlik səviyyəsinin aşağı olması və amerikalıların pul xərcləməsidir. Həmçinin belə bir fikir var ki, işsizlik (bu isə hazırda Amerika cəmiyyətində müşahidə edilmir-red.) yüksək inflyasiyadan da qorxulu amildir. Qarşıdakı aylarda isə ÜDM ilə bağlı hesabatların özü bir neçə dəfə dəyişiləcək.

“Bank of America”nın aparıcı iqtisadçısı Aditya Bhave isə deyib ki, “iqtisadi tənəzzülün olması haqqında hələ ki düşünmürük. Amma burada daha böyük məqam ondan ibarətdir ki, daxili tələbin əsas tendensiyası zəifləyir. Birinci rübdən aydın bir yavaşlama görürsünüz”.

ABŞ prezidenti Jo Biden isə ÜDM hesabatları açıqlandıqdan sonra təşkil etdiyi mətbuat konfransında inflyasiya ilə bağlı deyib ki, “Pandemiya böhranından sonra iqtisadiyyatın kiçilməsi təəccüblü deyil, Mərkəzi Bank da çalışır ki, inflyasiyanı aşağı salsın. Lakin biz tarixi qlobal dəyişikliyin şahidi olsaq da doğru yoldayıq, biz bu keçiddən daha möhkəm və təhlükəsiz keçəcəyik”. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.