Home » ABŞ Rusiya proqram təminatı şəbəkəsindən 1 milyon dollar ələ keçirib

ABŞ Rusiya proqram təminatı şəbəkəsindən 1 milyon dollar ələ keçirib

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ Ədliyyə Departamenti BlackSuit və Royal zərərli proqramlarının arxasında dayanan Rusiya mənşəli haker qrupunun serverlərini ələ keçirdiyini və təxminən 1 milyon dollarlıq Bitcoin müsadirə etdiyini açıqlayıb.

BBN.az xəbər verir ki, departamentin yaydığı press-relizə əsasən, ABŞ, Kanada, Almaniya, İrlandiya, Fransa, Böyük Britaniya və digər ölkələrin hüquq-mühafizə orqanlarının daxil olduğu beynəlxalq koalisiya 24 iyul tarixində 4 server və 9 domeni nəzarətə götürüb.

Əməliyyat zamanı həmçinin təxminən 1 milyon dollarlıq kriptovalyuta da müsadirə edilib.

Məlumata görə, BlackSuit və Royal eyni Rusiya kibercinayətkar qrupunun hazırladığı və həm ABŞ-da, həm də digər ölkələrdə kritik infrastruktur obyektlərini hədəf alan iki ayrı zərərli proqramdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.