Home » “Access Bankirlər Məktəbi”nə qeydiyyat başladı

“Access Bankirlər Məktəbi”nə qeydiyyat başladı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Gənc, dinamik və öyrənməyə meyilli yeni məzunların nəzərinə: “Access Bankirlər Məktəbi” yenidən qeydiyyata başlayır! Bu məktəbdə siz bank işi haqqında praktik biliklər və gələcək karyeranızda tətbiq edəcəyiniz bacarıqlar əldə edəcəksiniz. Bu işdə sizə “AccessBank”da uzun illər fəaliyyət göstərən peşəkarlar yardımçı olacaq. Onlayn keçiriləcək təlimlərə evinizi tərk etmədən qoşula bilərsiniz.

“Access Bankirlər Məktəbi”ndə:

  • Bank və onun müxtəlif  istiqamətləri ilə
  • Peşəkar təlimçilər ilə tanışlıq;
  • Təlim müddətində təqaüd
  • Bankda karyera imkanı əldə edəcəksiniz.

Proqram çərçivəsində iştirakçılar mikrokreditləşmə, pərakəndə bankçılıq, marketinq, risklərin idarə olunması, kiçik və orta biznes müştərilər i ilə işin aparılması kimi sahələrlə də tanış olacaqlar.

Potensial namizəddən gözləntilər:

• Ən azı bakalavr dərəcəsi
• Komandada işləmək bacarığı
• Analitik təfəkkür
• “AccessBank”da karyera qurmaq istəyi
• Rus və / və ya ingilis dili

Onlayn proqrama qatılmaq üçün iş təcrübəsi tələb olunmur. “Access Bankirlər Məktəbi”nə müraciət etmək üçün 15.01.2021-ci il tarixinədək qeydiyyatdan keçə bilərsiniz.

Növbəti 3 həftə ərzində namizədlərin seçimi aparılacaq və seçilmiş şəxslərə elektron məktub və SMS vasitəsilə məlumat veriləcək.

Hər kəsə uğurlar!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.