Home » AccessBank “Azərbaycan üçün Qadın Səlahiyyətləndirmə Mərkəzləri” layihəsinə qoşulub

AccessBank “Azərbaycan üçün Qadın Səlahiyyətləndirmə Mərkəzləri” layihəsinə qoşulub

by anar
0 rəy 1 baxış 2 dəqiqə oxuma

Sizin yerli Avropa bankınız – AccessBank, ölkəmizin regionlarında qadın sahibkarlara dəstək layihəsinə qoşulub. AccessBank qadınlara sahibkarlıq sahəsində uğur qazanmaq üçün lazım olan məsləhət xidmətləri, resurslar və kommunikasiya imkanları yaradır.

«Azərbaycan üçün Qadın Səlahiyyətləndirmə Mərkəzləri» layihəsi ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilir və Beynəlxalq Özəl Müəssisə Mərkəzi  (CIPE) tərəfindən AccessBank-ın dəstəyi ilə həyata keçirilir. Layihə 2022-ci ilin oktyabr ayından başlayıb və 2024-cü ilin sentyabr ayına qədər davam edəcək. Layihə çərçivəsində Bakı, Gəncə, Xaçmaz, Kürdəmir, Lənkəran, Salyan və Şəkidə (kəndlər daxil olmaqla) təlimlər təşkil edilir.

Layihənın məqsədləri qadınların bilik və bacarıqlarını inkişaf etdirərək peşəkar şəbəkələr yaratmaqla onların sahibkarlıq fəaliyyəti və ya keyfiyyətli işlərdə iqtisadi imkanlarını artıraraq sosial-iqtisadi iştirakı və liderliyinə dəstək göstərmək, qadınların ehtiyac və istəkləri əsasında sahibkarlıq və biznes bacarıqlarını gücləndirmək, və onların davamlı cəmiyyətlə əlaqəsini gücləndirməkdən ibarətdir.

İndiyə kimi Salyanda keçirilən təlimə 9 nəfər, Xaçmazda – 18 nəfər, Bakıda isə 19 nəfər cəlb edilib. Xaçmaz şəhərində 10 gün davam edən “Qadınlar bizneslə məşğul olur” təlim kursunda liderlik, kommunikasiya, maliyyə və satışın proqnozlaşdırılması, marketinq, maliyyə planı, biznes planı kimi mövzular keçirilib. Əlavə olaraq, AccessBank-ın Baş Ofisində qadınlar üçün “Biznesdə stresin idarə edilməsi” mövzusunda təlim keçirilib, xanımlara stresli situasiyalarda davranış qaydaları və stres ilə mübarizə yolları barədə məlumat verilib.

AccessBank tərəfindən təlimçi qismində Marketinq departamentinin rəhbəri Yuliya Jurenkova və Mikro və Aqro müştərilər üzrə Menecer Elməddin Hacıyev cəlb ediliblər.

“Layihədə iştirakımız korporativ sosial məsuliyyət tədbirlərinin tərkib hissəsidir. Biz, Azərbaycanda sahibkarlığın potensialının inkişafına daim dəstək oluruq. Təlimlərin gedişatı və nəticələr kifayət qədər uğurludur, biz, bundan sonra da qadın sahibkarları bizneslərini uğurla inkişaf etdirmək üçün lazımi resurs və biliklərlə təmin edəcəyik. Bu, mühüm layihəyə töhfə  verən və əməkdaşlıq edən hər kəsə təşəkkürümü bildirirəm”, – AccessBank-ın İdarə Heyətinin üzvü Renat Hümbətov deyib.

CIPE:

Beynəlxalq Özəl Müəssisə Mərkəzi (CIPE) idarəetmə və iqtisadi inkişafın birləşməsində fəaliyyət göstərən, yerli çətinliklərə biznes assosiasiyaları, beyin mərkəzləri və digər təşkilatlarla əməkdaşlıq edərək özəl sektora yönəlmiş həllər həyata keçirən biznes yönümlü QHT-dir. CIPE-nin missiyalarından biri özəl sahibkarlığı və bazar yönümlü islahatları gücləndirməkdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.