Home » “AccessBank” “Azərikard” Prosessinq Mərkəzinə miqrasiya edib

“AccessBank” “Azərikard” Prosessinq Mərkəzinə miqrasiya edib

by khayale
0 rəy 0 baxış 0 dəqiqə oxuma

“AccessBank” müştərilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi, müştəri məlumatlarının təhlükəsizliyinin təmin edilməsi, habelə göstərilən xidmət çeşidlərinin genişləndirilməsi məqsədilə “Azərikard” Prosessinq Mərkəzinə keçid etdi.

Müştərilərə daha keyfiyyətli xidmət göstərmək üçün “AccessBank”-ın texnoloji imkanlarını davamlı olaraq təkmilləşdirmək strategiyasının tərkib hissəsi olan miqrasiya fevralın 22-də saat 10:00-dan 22:00-dək həyata keçirilib. Hər iki komandanın yüksək peşəkarlığı və dəqiq planlaşdırması sayəsində miqrasiya prosesi uğurla həyata keçirilmişdir.

Prosessinq mərkəzinə miqrasiya nəticəsində “AccessBank” müştəriləri yeni imkanlardan yararlana biləcəklər. Bunların sırasına Apple Pay, Google Pay kimi qlobal alətlər, həmçinin “Azərikard”-ın geniş texniki imkanları və digər üstünlüklərindən istifadə daxildir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.