Home » AccessBank-da department rəhbəri təyin olunub

AccessBank-da department rəhbəri təyin olunub

by bbnadm
0 comments 0 views 1 minutes read

Bu gündən etibarən Vasif Əhmədov AccessBank-da Kiçik və Orta Biznes Müştəriləri Departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayır. Bu təyinatadək o, cari Departamentin rəhbərinin müavini vəzifəsində çalışıb. 

Cənab Əhmədov 15 ildir ki, AccessBank-da işləyir. O, AccessBank komandasına 2007-ci ildə qoşulub. Fəaliyyətini 2014-cü ildən Xırdalan filialında KOBM meneceri, 2017-ci ildən Maliyyə Restrukturizasiyaları və Kreditlərin Bərpası Departamentində Kiçik və Orta Biznes Kreditlərinin Restrukturizasiyası və Bərpası şöbəsinin meneceri, 2018-ci ildən isə KOBM Departamentində Kiçik və Orta Biznes Müştəriləri üzrə direktor vəzifəsində davam etdirib.

Vasif Əhmədov Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə ixtisasını bakalavr və magistr dərəcələri üzrə fərqlənmə diplomu ilə bitirib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.