Home » Ağdam rayonunda fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

Ağdam rayonunda fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

by anar
0 comments 1 views 1 minutes read

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi Ağdam rayonunun Quzanlı qəsəbəsində və ətraf kəndlərində  fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.

Sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmə səviyyəsinin artırılması və uçot məlumatların dəqiqləşdirilməsi məqsədilə təşkil edilmiş görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarənin rəisi Ələkbər Məmmədov işğaldan azad edilmiş ərazilərdə vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlər üçün nəzərdə tutulan vergi və gömrük güzəşt və azadolmaları barədə ətraflı məlumat verib. Müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dən çox mikro və kiçik sahibkarlıq subyekti iştirak etdiyi tədbirdə vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin (obyektlərinin) vergi uçotuna dair məsələlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi borcları, vergi uçotunun dürüstləşdirilməsi kimi məsələlər diqqət mərkəzində olub. Vergi ödəyicilərinin fəaliyyətində vergi orqanının qarşılaşdığı məsələlər barədə danışan baş idarə rəisi vergi qanunvericiliyinə düzgün əməl edilməsi, işəgötürənlər tərəfindən işçilərlə əmək müqavilələrinin bağlanılması, ticarət, xidmət və iaşə obyektlərində NKA və POS-terminalların quraşdırılması zərurətini xüsusi vurğulayıb.

Görüşdə vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.