
ABŞ-ın texnoloji nəhəngi “Amazon” süni intellekt sistemlərini biznes fəaliyyətlərinə daha dərindən inteqrasiya etmək məqsədilə bir sıra bölmələrdə ixtisarlara başlayır.
BBN.az xəbər verir ki, bu qərar şirkət üçün 2023-cü ildən bəri ən iri ixtisar dalğası olacaq.
Məlumata görə, ixtisarlar əsasən insan resursları, cihazlar və xidmətlər sahələrində çalışan əməkdaşlara təsir göstərəcək.
Şirkət çərşənbə axşamı günü yayılan açıqlamasında təxminən 30 min korporativ vəzifənin ləğv edilə biləcəyini bildirib.
Qeyd edək ki, “Amazon” son illərdə müxtəlif departamentlərdə kiçikmiqyaslı ixtisarlar həyata keçirib. Məsələn, bu ilin yanvarında şirkət rabitə və dayanıqlılıq bölmələrində az sayda vəzifəni ləğv etmişdi.
Hazırda “Amazon”un ümumi işçi sayı 1,55 milyon nəfər təşkil edir. Planlaşdırılan ixtisarlar bu göstəricinin cüzi hissəsini əhatə etsə də, təxminən 350 min korporativ əməkdaşın 10 faizinə təsir edəcəyi bildirilir.







