Home » Amazon süni intellekt bölməsində ixtisarlara gedir

Amazon süni intellekt bölməsində ixtisarlara gedir

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ-ın elektron ticarət nəhəngi “Amazon”un süni intellekt bölməsində çalışan bəzi əməkdaşlarını işdən çıxardığı bildirilir.

BBN.az xəbər verir ki, şirkətin sözçüsü “Amazon”un bir neçə ildir böyük süni intellekt modellərinin hazırlanması üzərində çalışdığını və bu istiqamətin şirkətin əsas prioritetlərindən biri olaraq qaldığını açıqlayıb.

Bildirilib ki, şirkət sürətlə inkişaf edən bir sektorda fəaliyyət göstərir və bu səbəbdən müştərilər üçün ən vacib təşəbbüslərə fokuslanaraq prioritet istiqamətlərdə irəliləyişi sürətləndirməyə çalışır.

Şirkətin açıqlamasında qeyd olunub ki, bu yanaşma müştərilərin gələcəyi üçün ən mühüm sahələrə investisiyaların davam etdirilməsi ilə yanaşı, süni intellekt təşkilatının müəyyən hissələrində bəzi vəzifələrin ləğvi də daxil olmaqla, çətin qərarların qəbul edilməsini zəruri edir.

“Amazon” həmçinin ixtisar prosesindən təsirlənən əməkdaşlara keçid dövründə dəstək göstərməyə sadiq olduğunu bildirib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.