Home » Amazonun satışları birinci rübdə artıb

Amazonun satışları birinci rübdə artıb

by yunus
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Şirkətin yanvar-mart dövrü üçün balans hesabatına görə, ilin birinci rübündə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 13 faiz artaraq 143,3 milyard dollara çatıb.

BBN.az xəbər verir ki, 2023-cü ilin birinci rübündə Amazon-un xalis satışları 127,4 milyard dollar olub.

Bazar gözləntiləri şirkətin 142,5 milyard dollar gəlir əldə etməsi idi.

Bulud hesablama xidmətləri göstərən Amazon Web Services (AWS) bölməsinin satışları da illik bazda 17 faiz artaraq 25 milyard dollara çatıb.

Şirkətin reklam bölməsinin gəlirləri ilin birinci rübündə 24 faiz artaraq 11,8 milyard dollara çatıb.Amazon-un xalis mənfəəti birinci rübdə təxminən 229 faiz artaraq 10,4 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə təxminən 3,2 milyard dollar mənfəət açıqlamışdı.

Elektron ticarət nəhənginin səhm başına xalis mənfəəti bu ilin ilk rübündə 98 sent olaraq hesablanıb. Şirkət ötən ilin eyni dövründə hər səhmə görə 31 sent mənfəət əldə edib.

Amazon isə bu ilin ikinci rübündə 144-149 milyard dollar arasında gəlir gözlədiyini açıqlayıb.

 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.