0

Azərbaycan Mərkəzi Bankı 2026 və 2027-ci illər üzrə iqtisadi artım proqnozlarını açıqlayıb.
Bu barədə AMB-nin sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Mərkəzi Bank 2026-cı ildə Azərbaycanda iqtisadi artımın 1,1 %, 2027-ci ildə isə 3,2 % olacağını proqnozlaşdırır.
T.Kazımov bildirib ki, qeyri-neft sektoru üzrə artım proqnozları daha yüksək qiymətləndirilir. Belə ki, AMB qeyri-neft sektorunda artım tempinin 2026-cı ildə 3,2 %, 2027-ci ildə isə 4,7 % səviyyəsində olacağını gözləyir.




