Home » AMB dayanıqlı maliyyə üzrə illik hesabatını açıqlayıb

AMB dayanıqlı maliyyə üzrə illik hesabatını açıqlayıb

by Zeyneb
0 comments 2 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı 2025-ci ildə Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi çərçivəsində həyata keçirilmiş tədbirləri əhatə edən illik Dayanıqlı maliyyə hesabatını açıqlayıb.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, hesabat dayanıqlı maliyyə sahəsində qabaqcıl beynəlxalq təcrübələr əsasında hazırlanıb. Sənəd maliyyə sektorunda şəffaflığın artırılması, həmçinin iqlim dəyişiklikləri ilə bağlı risklərin idarə olunmasına yönəlmiş tədbirlərin ictimaiyyətə təqdim olunması məqsədi daşıyır.

Hesabat 4 əsas bölmədən ibarətdir:

  • “İqlim dəyişikliyi və ölkənin dayanıqlığı”;
  • “Dayanıqlı maliyyə üzrə Yol Xəritəsinin icrası”;
  • “AMB və dayanıqlılıq”;
  • “2026-cı il üzrə hədəflər”.

AMB bildirib ki, 2024-cü il üzrə Dayanıqlı maliyyə hesabatı ilə tanış olmaq üçün müvafiq linkə daxil olmaq mümkündür.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.