Home » AMB-nin maliyyə savadlılığı portalı genişləndiriləcək

AMB-nin maliyyə savadlılığı portalı genişləndiriləcək

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə savadlılığının artırılması məqsədilə mövcud onlayn platformalarını birləşdirərək daha funksional sistem yaratmağı planlaşdırır.

BBN.az xəbər verir ki, AMB-nin Maliyyə Savadlılığı Portalı (bizimpullar.az) və Virtual Təhsil Platforması (edu.e-cbar.az) bazasında vahid tədris və maarifləndirmə platformasının yaradılması istiqamətində işlərə artıq başlanılıb.

Yeni platformanın məqsədi əhalinin müxtəlif yaş və peşə qrupları üzrə maliyyə biliklərini artırmaq, onlara daha əlçatan, interaktiv və müasir resurslar təqdim etməkdir.

Layihə “Azərbaycan Respublikası Mərkəzi Bankının 2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası” çərçivəsində icra olunur.

AMB-nin məlumatına görə, platformanın hazırlanması və istifadəyə verilməsi üçün xərclərin 273,3 min manat həcmində olacağı proqnozlaşdırılır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.