Home » AMB-nin valyuta ehtiyatları 13,8 milyard dollara yüksəlib

AMB-nin valyuta ehtiyatları 13,8 milyard dollara yüksəlib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı yeni pul siyasəti qərarına əsasən, 2026-cı ilin ötən dövründə ölkənin valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu tendensiya həm nağd, həm də qeyri-nağd valyuta bazarında müşahidə olunub.

Valyuta bazarında tələbin azalması və təklifin əhəmiyyətli dərəcədə artması şəraitində Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilələr həyata keçirilib.

Nəticədə, 2026-cı ilin ötən dövründə AMB-nin valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları və ya 19,5% artaraq 13,8 milyard ABŞ dollarına yüksəlib.

Mövcud göstərici 2014-cü ilin noyabrından bəri qeydə alınan ən yüksək səviyyədir. Bu dövrdə ən aşağı göstərici isə 2016-cı ilin fevral ayının sonunda qeydə alınıb və valyuta ehtiyatlarının həcmi 4,03 milyard ABŞ dollarından aşağı düşüb.

Mərkəzi Bankın açıqlamasına görə, xarici sektor göstəriciləri də əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin birinci yarısında Azərbaycanın xarici ticarətində 8 milyard ABŞ dollarına yaxın müsbət saldo qeydə alınıb.

İlkin məlumatlara görə, yanvar-iyun aylarında pul baratları üzrə saldo ötən ilin eyni dövrü ilə müqayisədə 82,8% artaraq 540,6 milyon ABŞ dolları təşkil edib.

AMB, həmçinin 2026-cı ilin sonuna və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu artım istiqamətində yeniləyib. Bu, qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracında müsbət meyillərin davam etməsi ilə əlaqələndirilib.

Qurum bildirib ki, gələcək pul siyasəti qərarları qəbul edilərkən inflyasiya proqnozu, makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin vəziyyəti nəzərə alınacaq.

Bununla yanaşı, manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin davamlılığı və valyuta artıqlığının miqyası da diqqətdə saxlanılacaq.

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.