Home » AMB Şəkidə vətəndaşlarla səyyar görüş keçirib

AMB Şəkidə vətəndaşlarla səyyar görüş keçirib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaş müraciətlərinin yerində araşdırılması və operativ həlli məqsədilə Şəki rayonunda səyyar görüş təşkil edib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı vətəndaşlar əsasən kredit əldə etmək istəyi, kredit öhdəlikləri üzrə güzəştlər, fişinq halları, ATM quraşdırılması və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Bu müraciətlərin bir qismi yerindəcə həll olunub, əlavə araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq icraya yönləndirilib.

Səyyar görüş çərçivəsində vətəndaşlara onların hüquq və vəzifələri, həmçinin mövcud qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Mərkəzi Bank vətəndaş məmnuniyyətinin artırılması, müraciətlərin operativ və şəffaf şəkildə araşdırılması məqsədilə bu cür səyyar görüşləri mütəmadi davam etdirəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.