0

Mayın 22-də “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
İclas Neftçilər prospekti 153 ünvanında yerləşən “Port Baku Tower 2” ofisində baş tutacaq.
Yığıncağın gündəliyində əsas məsələ bankın 2025-ci il üzrə maliyyə nəticələrinə əsasən səhmdarlara dividend ödənilməsi ilə bağlı qərarın müzakirəsi olacaq.
İclasda məruzə ilə “Kapital Bank” ASC-nin nümayəndəsi Zaur Musayev çıxış edəcək.




