Home » ARDNF-nin İcraçı direktoru Əbu-Dabidə işgüzar görüşlər keçirib

ARDNF-nin İcraçı direktoru Əbu-Dabidə işgüzar görüşlər keçirib

by Zeyneb
0 comments 1 views 1 minutes read

30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Əbu-Dabiyə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin aparıcı investisiya qurumları ilə bir sıra görüşləri keçirilib.

Görüşlərin əsas məqsədi beynəlxalq tərəfdaşlarla əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran investisiya sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi və gələcək birgə təşəbbüslərin perspektivlərinin nəzərdən keçirilməsi olub.

Mubadala İnvestisiya Şirkətində keçirilən görüş zamanı İsrafil Məmmədov şirkətin Baş dayanıqlılıq və risklərin idarəedilməsi üzrə direktoru Əhməd Əl Calili ilə görüşüb. Görüşdə dayanıqlı investisiyalar sahəsində əməkdaşlığın inkişafı, təcrübə və bilik mübadiləsinin təşviqi, eləcə də potensial birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

“Lunate” şirkətinin Baş partnyoru Xalifa Əl Suveydi ilə keçirilən görüşdə isə investisiya portfellərinin idarəedilməsi təcrübəsi, alternativ aktivlərə yönəlmiş investisiya yanaşmaları və uzunmüddətli tərəfdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşlər ARDNF ilə Birləşmiş Ərəb Əmirliklərinin aparıcı investisiya qurumları arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və gələcək tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.