Home » Asiya İnkişaf Bankı ilə sahil infrastrukturunun qurulması və təbii qaz sahəsində əməkdaşlıq müzakirə edilib

Asiya İnkişaf Bankı ilə sahil infrastrukturunun qurulması və təbii qaz sahəsində əməkdaşlıq müzakirə edilib

by anar
0 comments 0 views 1 minutes read

Energetika naziri Pərviz Şahbazov ilə Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya regionu üzrə vitse-prezidenti cənab Yingming Yang arasında görüş keçirilib.

Görüşdə enerji sahəsində AİB ilə uzunmüddətli və səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, enerji gündəliyinin əsas prioritetləri üzrə fikir mübadiləsi aparılıb. Bankın enerji balansının şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması və regional enerji əlaqələrinin qurulmasına önəm verən siyasəti çərçivəsində əməkdaşlıq imkanlarına maraq göstərilib.

Bildirilib ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafının birinci mərhələsi başa çatmaq üzrədir və bu mərhələ çərçivəsində 2027-ci ilədək enerji sisteminə 2 QVt həcmində “yaşıl enerji” güclərinin inteqrasiyası planlaşdırılır. Bundan başqa, Xəzər dənizində külək enerjisindən istifadə ilə bağlı layihələr, Avropa, Türkiyə və Mərkəzi Asiya istiqamətlərində müxtəlif “yaşıl enerji dəhlizləri”nin inkişafı istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Bu xüsusda AİB-in “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasına maliyyə dəstəyi yüksək qiymətləndirilib.

Görüş zamanı qeyd olunub ki, dənizdə istehsal ediləcək enerjinin bir qisminin ölkənin enerji sisteminə inteqrasiyası, digər hissəsinin isə ixraca yönəldilməsi planlaşdırılır. Bu baxımdan, dəniz külək enerjisinin sahilə ötürülməsi üçün zəruri infrastrukturun yaradılması üzrə AİB ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sahil infrastrukturlarının qurulması və Avropaya təbii qaz tədarükünün genişləndirilməsi ilə bağlı əməkdaşlıq təkliflərinin AİB tərəfindən müsbət qarşılandığı bildirilib. Enerji interkonnektorları və istilik təchizatı sahəsində əməkdaşlıqla bağlı da müzakirələr aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.