Home » Astanada Azərbaycan və Qazaxıstan energetika nazirlərinin görüşü olub

Astanada Azərbaycan və Qazaxıstan energetika nazirlərinin görüşü olub

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Qazaxıstana səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov bu ölkənin energetika naziri Almasadam Satkaliyev ilə görüşüb.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafında enerji sahəsində əməkdaşlığın xüsusi rolu qeyd edilib. Enerji əlaqələrinin karbohidrogen sektoru ilə yanaşı, bərpa olunan enerji üzrə genişləndirilməsinin Hökumətlərarası Komissiyanın fəaliyyətində prioritet istiqamətlərdən olduğu bildirilib.

Qazaxıstan neftinin Azərbaycandan keçməklə çoxistiqamətli tranziti üzrə praktiki addımlar atılması, bu xüsusda Bakı-Tbilisi-Ceyhan kəməri ilə illik 1,5 milyon ton neftin nəqli ilə bağlı razılaşmanın həyata keçirilməsi, tədarük həcminin tədricən artırılması istiqamətində SOCAR və “KazMunayQaz” arasında əməkdaşlıq yüksək qiymətləndirilib. Görüşdə, həmçinin elektrik enerjisinin Mərkəzi Asiyadan Azərbaycana, buradan isə Avropaya ixracı ilə bağlı Azərbaycan-Qazaxıstan-Özbəkistan arasında üçtərəfli görüş zamanı əldə edilmiş razılaşmaya uyğun işlərin gedişatı da nəzərdən keçirilib. Qafqaz regionu və Mərkəzi Asiyanın enerji sistemlərini sualtı kabel vasitəsilə əlaqələndirən layihənin texniki-iqtisadi əsaslandırma (TİƏ) prosesinə başlanması məqsədilə görüləcək tədbirlər müzakirə edilib.

Bundan başqa, Azərbaycan və Qazaxıstanın Energetika nazirlikləri arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş layihəsinin hazırlanması ilə bağlı məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.