Home » Avrozonada pərakəndə satışlar azalır

Avrozonada pərakəndə satışlar azalır

by yunus
0 comments 0 views 1 minutes read

Avrozonada mart ayında pərakəndə satışlar aylıq müqayisədə 0,1 faiz azalsa da, illik əsasda 1,5 faiz artım qeydə alınıb.

BBN.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Avrostat) məlumat yayıb.

Statistikaya görə, Avropa İttifaqında da (Aİ) pərakəndə satışlar martda fevral ayı ilə müqayisədə 0,1 faiz azalıb, lakin ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artıb.

Avrozonada qeydə alınan illik artım 1,5 faiz təşkil etsə də, bu göstərici analitiklərin 1,6 faizlik gözləntisinin bir qədər altında qalıb. Aylıq proqnoz isə bazar gözləntiləri ilə üst-üstə düşüb.

Aylıq müqayisədə pərakəndə satışların ən çox artdığı ölkələr arasında Malta (2 faiz), Belçika və Xorvatiya (hər biri 1,4 faiz), Bolqarıstan (1,1 faiz) yer alıb. Ən çox azalma isə Sloveniya (2 faiz), Estoniya (1,3 faiz) və Slovakiya (0,9 faiz) üzrə qeydə alınıb.

İllik müqayisədə isə mart ayında ən yüksək artım 9,4 faizlə Lüksemburqda və 5,4 faizlə Bolqarıstanda müşahidə olunub. Ən kəskin azalma isə Slovakiyada (2,9 faiz), Polşada (1,8 faiz) və İtaliyada (1,4 faiz) qeydə alınıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.