Home » Azərbaycan banklarının xalis xarici aktivləri 28,6 milyard manata çatıb

Azərbaycan banklarının xalis xarici aktivləri 28,6 milyard manata çatıb

by Zeyneb
0 comments 2 views 1 minutes read

2025-ci ilin noyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 28,577 milyard manat təşkil edib. Azərbaycan Mərkəzi Bankın məlumatına görə, bu göstərici aylıq müqayisədə 1,8 milyard manat (1,8%), ilin əvvəli ilə müqayisədə 2 milyard manat (7,4%), ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,3 milyard manat (8,7%) artım göstərib.

Eyni tarixdə bankların xalis daxili aktivləri 18,914 milyard manat olub. Bu, aylıq müqayisədə 2,3 milyard manat və ya 10,9% azalma, ilin əvvəli ilə müqayisədə 977 milyon manat (4,9%) azalma, ötən ilin noyabrın 1-i ilə müqayisədə isə 748,3 milyon manat (4,1%) artım deməkdir.

Hazırda Azərbaycanda ümumi aktivləri 56,342 milyard manat olan 22 bank fəaliyyət göstərir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.