Home » Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

by Aytac
0 comments 0 views 1 minutes read

Azərbaycan nümayəndə heyəti Maltada keçirilmiş BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında iştirak edib.

Dövlət Turizm Agentliyinin məlumatına görə, iclasda davamlı və dayanıqlı turizmin təşviqi məqsədilə 2027-ci ilin “Beynəlxalq Dayanıqlı Turizm İli” elan olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

İclas çərçivəsində BMT-Turizmin Baş katibi Şeyxa Nasir Əl Nuvais tərəfindən “Qlobal baxış və regional yanaşma” mövzusunda hesabat təqdim olunub və Monteneqronun 2027-ci ildə BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının növbəti 73-cü iclasına ev sahibliyi etməsi haqqında qərar qəbul edilib.

Tədbir çərçivəsində, həmçinin “Arzuladığımız Gələcəyə Doğru Turizmin İnkişafı: İnkişaf, İnsan və Planet Arasında Balansın Qurulmasına dair Siyasətlər üzrə Dialoq” adlı tematik konfrans təşkil edilib, turizmdə dayanıqlı inkişaf, yerli icmaların rifahı və ekoloji tarazlığın qorunması istiqamətində dövlət siyasətlərinin rolu müzakirə olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.