Home » “Azərbaycanda dayanıqlı maliyyə” mövzusunda tədbir keçirilib – Foto

“Azərbaycanda dayanıqlı maliyyə” mövzusunda tədbir keçirilib – Foto

by ulviyya
0 rəy 9 baxış 1 dəqiqə oxuma

03 aprel 2024-cü il tarixində Mərkəzi Bank və EY şirkətinin tərəfdaşlığı, ACCA-nın (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) təşkilatçılığı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi ilə “Azərbaycanda dayanıqlı maliyyə” mövzusunda tədbir keçirilib. Dövlət və özəl sektorun, səfirlik və beynəlxalq qurumların 100-dən çox nümayəndəsinin iştirak etdiyi tədbirdə Azərbaycanın dayanıqlılıq təşəbbüsləri, hədəfləri və sosial-iqtisadi inkişaf strategiyası ilə bağlı prioritetləri diqqətə çatdırılıb.

Tədbirdə həmçinin Beynəlxalq Dayanıqlılıq Standartları Şurası (ISSB) tərəfindən yeni standartların icmalı və Türkiyənin İctimai Nəzarət, Mühasibat Uçotu və Audit Standartları Təşkilatının dayanıqlılıq standartlarının tətbiqinə dair təcrübəsi nəzərdən keçirilib.

Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Rüstəm Tahirov Mərkəzi Bankın dayanıqlı və yaşıl maliyyə gündəliyinin əsas istiqamətləri barədə məlumat verərək Ekoloji, Sosial və İdarəetmə ilə bağlı risklərin maliyyə institutlarının sabitliyi üçün vacib amil olduğunu qeyd edib. Rüstəm Tahirov dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında institusional potensialın gücləndirilməsi və əməkdaşlığın vacibliyini də vurğulayıb.

Bununla yanaşı, Mərkəzi Bank tərəfindən hazırlanmış “Dayanıqlı Maliyyə Prinsipləri” tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.