
01 oktyabr 2024 tarixinə olan məlumata görə, Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 31 milyard 041,8 milyon manat təşkil edib.
Göstərici üzrə dəyişikliklər belədir:
-
aylıq müqayisədə – 1,9 % artım,
-
ilin əvvəlinə nisbətən – 6 % artım,
-
ötən ilin eyni dövrü ilə müqayisədə – 9,3 % artım.
Özəl bankların payı
Kredit qoyuluşunun 21 milyard 686,1 milyon manatı və ya 69,9 %-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 9,3 % çoxdur.
Dövlət bankları
Hesabat tarixinə dövlət banklarının kredit portfeli 7 milyard 590,2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 % artım deməkdir. Onların ümumi kredit qoyuluşundakı payı 24,2 %-dən 24,5 %-ə yüksəlib.
BOKT-lar
Bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 765,5 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,9 % artım göstərir. Lakin onların ümumi kredit portfelində payı 6 %-dən 5,6 %-ə enib.
Maliyyə sektoru üzrə struktur
Hazırda Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət bankıdır. Bank olmayan kredit təşkilatlarının sayı isə 54-dür.







