Home » Azərbaycanda sığorta bazarında zərər tənzimləmələrinin elektronlaşdırılması planlaşdırılır

Azərbaycanda sığorta bazarında zərər tənzimləmələrinin elektronlaşdırılması planlaşdırılır

by Zeyneb
0 comments 3 views 1 minutes read

Azərbaycanda sığorta bazarında zərər tənzimləmələrinin elektronlaşdırılması istiqamətində işlər aparılır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov DOST TV-nin “Sığortalı Dost” verilişində məlumat verib.

Onun sözlərinə görə, zərər tənzimləmələrinin rəqəmsallaşdırılması sığorta hadisələrinin tənzimlənməsində çevikliyin və şəffaflığın artırılmasına, ümumilikdə isə sığorta sektorunda rəqəmsal metodların daha geniş tətbiqinə imkan verəcək.

V. Qurbanov bildirib ki, sığorta bazarında zərər tənzimləmələri xüsusi əhəmiyyət daşıyır. Belə ki, sığortalı üçün əsas məqamlardan biri sığorta hadisəsi baş verdikdə zərərin necə qiymətləndirilməsi və təzminatın hansı qaydada, nə dərəcədə çevik və şəffaf şəkildə ödənilməsidir.

AMB-nin baş direktoru qeyd edib ki, bu istiqamətdə sığortalıların ən çox qarşılaşdığı sığorta növlərinə xüsusi diqqət yetirilməlidir. Onun sözlərinə görə, vətəndaşlarda sığorta xidmətlərinə inam məhz bu sahələrdən formalaşır və sığorta hadisələrinin başvermə tezliyinə görə avtonəqliyyat vasitələrinin icbari sığortası əsas istiqamətlərdən biridir. Bu sahədə xidmət səviyyəsinin yüksəldilməsinə ciddi ehtiyac mövcud olub.

V. Qurbanov xatırladıb ki, bu məqsədlə Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortasında zərərlərin birbaşa tənzimlənməsi mexanizmi tətbiq edilib. Onun sözlərinə görə, bu mexanizm regionda məhdud sayda ölkədə mövcuddur və tətbiqi sığortalıların məmnunluq səviyyəsini əhəmiyyətli dərəcədə artırıb.

AMB rəsmisi vurğulayıb ki, mexanizmə əsasən, sığorta şəhadətnaməsini təqdim edən sığorta şirkəti öz müştərisinə birbaşa xidmət göstərir, sığorta ödənişini həyata keçirdikdən sonra isə məsuliyyət daşıyan digər sığorta şirkətindən həmin vəsaiti özü tələb edir. Bu prosesdə sığortalının iştirakı tələb olunmur.

V. Qurbanovun sözlərinə görə, bu yanaşma sığorta şirkətlərini müştərilərinə göstərdikləri xidmətin keyfiyyətinə daha çox diqqət yetirməyə stimullaşdırıb və zərərin qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsinə şərait yaradıb. Hazırda isə zərər tənzimləmələrinin elektronlaşdırılması, proseslərin rəqəmsal mühitə keçirilməsi və sığorta hadisələrinin tənzimlənməsində çevikliyin artırılması istiqamətində işlər davam etdirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.