Home » Azərbaycanda tikinti materialları üzrə 23 yeni dövlət standartı qəbul edilib

Azərbaycanda tikinti materialları üzrə 23 yeni dövlət standartı qəbul edilib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tikinti materialları sahəsini əhatə edən 23 yeni dövlət standartını təsdiqləyib.

Bu barədə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeni dövlət standartlarının tətbiqində əsas məqsəd tikinti materialları, məmulatları və konstruksiyalarına dair keyfiyyət tələblərini müasir standartlara uyğunlaşdırmaqdır.

Qeyd olunub ki, standartların layihələri “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Məlumata görə, qəbul edilən dövlət standartları “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində hazırlanmış “Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında” texniki reqlamentin istinad standartları sırasına daxildir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.