Home » Azərikard-ın Məlumat Mərkəzi və Çatbot xidmətində müvəqqəti fasilə yaranacaq

Azərikard-ın Məlumat Mərkəzi və Çatbot xidmətində müvəqqəti fasilə yaranacaq

by anar
0 comments 0 views 1 minutes read

22 oktyabr 2024-cü il tarixindən 23 oktyabr 2024-cü il tarixinə keçən gecə, 02:00 – 05:00 saatlarında fövqəladə hallar planlarının yoxlanılması ilə əlaqədar Azərikard Prosessinq Mərkəzində texniki sınaqlar nəzərdə tutulub.

Mərkəzdən verilən məlumata görə, proseslərin təkmilləşdirilməsi və xidmət səviyyəsinin daim yüksək saxlanılması məqsədilə keçirilən planlı işlər zamanı əsas kanallar üzrə servislərin fəaliyyətində dayanmalar, fasilələr gözlənilmir.

Bununla belə, texniki işlərlə əlaqədar Məlumat Mərkəzi və Çatbot xidməti müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

Bu müddət ərzində alternativ kommunikasiya kanalları (Facebook, Instagram) vasitəsilə Azərikard Prosessinq Mərkəzi ilə əlaqə saxlamaq olar.

Azərikard fəaliyyəti ilə bağlı ən son yeniliklərlə operativ məlumat almaq üçün Mərkəzin rəsmi veb-saytını və sosial şəbəkələrdəki səhifələrini izləməyi tövsiyə edir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.