2

2025-ci ildə Azərbaycanda inflyasiyaya ölkənin xarici ticarət tərəfdaşlarındakı inflyasiya 2,91 faiz bəndi artırıcı təsir göstərib.
BBN.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, il ərzində kənd təsərrüfatı istehsalçılarının qiymət indeksi də inflyasiyaya ciddi təsir edib. Belə ki, bu göstərici ümumi inflyasiyanı 2,69 faiz bəndi artırıb.
AMB-nin yenilənmiş proqnozlarına əsasən, illik inflyasiyanın 2026-cı ildə 5,5%, 2027-ci ildə isə 4% səviyyəsində olacağı gözlənilir.
Qeyd edək ki, qurum ötən ilin oktyabr ayında 2026-cı il üzrə illik inflyasiya proqnozunu 5,7% səviyyəsində açıqlamışdı. Yeni proqnoz əvvəlki gözləntilə müqayisədə bir qədər aşağıdır.





