Home » Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 50 mln. manatlıq emissiyası yerləşdiriləcək

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 50 mln. manatlıq emissiyası yerləşdiriləcək

by anar
0 comments 0 views 1 minutes read

18 dekabr 2025-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 50 000.000 manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının Emissiya prospekti 14 iyul 2025-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.