Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası İctimai Birliyi və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələri ilə maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlığın gücləndirilməsi məqsədilə görüş keçirilib.
Görüş çərçivəsində assosiasiyalarda maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi üzrə işçi qrupların fəaliyyət göstərməsi, işçi qruplar vasitəsilə istehlakçı müraciətlərinin təhlil edilməsi, onların hüquqlarının pozulmasının qarşısının alınması, pozulmuş hüquqların bərpa edilməsi və müvafiq birgə işlərin həyata keçirilməsi müzakirə olunub. Eyni zamanda, qeyd olunan istiqamətdə işlərin daha da səmərəli həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.