

27 və 28 noyabr 2024-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün) | İSİN | Hərrac tarixi | Hərraca çıxarılan məbləğ (manat) | Nominal | Miqdar | Notun ödəniş tarixi |
28 | AZ2359024703 | 27.11.2024 | 2.000.000 | 100.000 | 20 | 25.12.2024 |
84 | AZ2360024700 | 28.11.2024 | 2.000.000 | 100.000 | 20 | 20.02.2025 |
168 | AZ2361024709 | 27.11.2024 | 2.000.000 | 100.000 | 20 | 14.05.2025 |
252 | AZ2362024708 | 28.11.2024 | 2.000.000 | 100.000 | 20 | 07.08.2025 |
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.