Home » Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının iclası keçiriləcək

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının iclası keçiriləcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yaxın aylarda Ər-Riyad şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının ilk iclası keçiriləcək. Bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İşgüzar Şuranın Səudiyyə Ərəbistanı tərəfindən həmsədri, “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhil arasında onlayn formatda keçirilmiş görüşdə müzakirə aparılıb. 

Səudiyyə Ərəbistanı Palataları Federasiyasının nümayəndələrinin də iştirak etdiyi görüşdə işgüzar şuranın iclasının gündəliyi, şuraya üzvülük məsələləri və birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ilin dekabrında KOBİA və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında imzalanmış Sazişə əsasən yaradılıb. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunacağı Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası sahibkarların təşəbbüslərini dəstəkləyəcək, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edəcək, iş adamları arasında informasiya mübadiləsini həyata keçirəcəkdir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.