Home » Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi ilk dəfə 2%-dən aşağı düşüb

Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi ilk dəfə 2%-dən aşağı düşüb

by anar
0 comment 3 views 0 minutes read

Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 440,4 milyon manat təşkil edib.

BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 15,3% azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 25,8%, son 1 ildə isə 31,8% azalıb.

Bu il oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9% təşkil edib. Bu nisbət sentyabrın sonuna 2,3%, ötən ilin sonuna 2,9%, ötən il oktyabrın sonuna isə 3,2% olub.

Report

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.