Home » İyunda Azərbaycanda 176 mindən çox şəxs yaşa görə sosial müavinət alıb

İyunda Azərbaycanda 176 mindən çox şəxs yaşa görə sosial müavinət alıb

by yunus
0 comments 0 views 0 minutes read

Bu ilin iyun ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 176 min 399 nəfər təşkil edib.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Məlumata görə, yaşa görə aylıq sosial müavinət alanların 38,9 %-ni kişilər, 61,1 %-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, yaşa görə aylıq sosial müavinət pensiya hüququ əldə etməyən və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış şəxslərə dövlət tərəfindən ödənilən sosial təminat növlərindən biridir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.