Home » Azercell gənclərin İT sahəsində inkişafını dəstəkləməyə davam edir

Azercell gənclərin İT sahəsində inkişafını dəstəkləməyə davam edir

by yunus
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin “Novruz kamp”-ı təşkil olunub

23-26.03.2024-cü il tarixlərində Şəmkir rayon, Kimya-biologiya təmayüllü liseydə informatika fənnindən beynəlxalq olimpiadalara intensiv hazırlıq məşğələləri təşkil edilib. İntensiv kamp müddətində şagirdlər hər gün beynəlxalq olimpiada formatında yarışlara qoşulub, tapşırıqların izahı sessiyalarında iştirak ediblər. Kamp olimpiadalara hazırlıq komandalarının təlimçiləri, həmçinin öncəki illərdə ölkəmizi müxtəlif müsabiqələrdə uğurla təmsil etmiş məzunların iştirakı ilə keçib.

İnformatika fənni üzrə olimpiadalara hazırlıq prosesi Azercell-in dəstəyi ilə həyata keçirilir. “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı müddətində məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə ölkəmizi uğurla təmsil edərək 4 qızıl, 16 gümüş və 40 bürünc olmaqla ümumilikdə 60 medal əldə ediblər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.